[b]Görünməmiş uğursuzluq[/b]
28.09.2017 - 00:10
[b]Görünməmiş uğursuzluq[/b]

“Qarabağ” Çempionlar Liqasında özü üçün görünməmiş seriya ilə üzləşib. Apasport.az saytının məlumatına görə, beşqat Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində ardıcıl 3-cü dəfə məğlub olub.

 

Danimarkada “Kopenhagen”ə 1:2, İngiltərədə “Çelsi”yə 0:6 hesabı ilə uduzan Ağdam klubu bu dəfə evdə “Roma”ya yenilib. 1:2 hesablı məğlubiyyət uğursuz seriyanı 3-ə çatdırıb.

 

“Qarabağ” 4 mövsümdü çıxış etdiyi Çempionlar Liqasında belə seriya ilə üzləşməmişdi. Əyalət təmsilçisinin avrokuboklardakı son belə uğursuzluq zolağı 1999-2004-cü illərdə keçirdiyi 5 matçı əhatə edir. Həmin vaxt “Qarabağ” ardıcıl 5 məğlubiyyətə üzülmüşdü.

 

2006-cı ildə həmin seriyanı qıran komanda son 11 ildə 2-dən artıq məğlubiyyəti sıralamamışdı. 2008-ci ildə Qurban Qurbanovun baş məşqçi postuna gəlişi ilə avrokuboklarda uğurları sıralamağa başlayan “Qarabağ” bu müddətdə 4 dəfə ardıcıl 2 yenilgi alsa da, seriyanı 3-ə qədər buraxmayıb.

 

Ümumiyyətlə, Qurbanov da baş məşqçi karyerasında üç avrokubok məğlubiyyətinin sıralanmasını görməmişdi. Çalışdırıcı “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə ən uğursuz avrokubok seriyasına şahid olub.

0