[b]Güclü fırtına Nazarov və komandasına mane oldu[/b]
30.07.2017 - 18:57
[b]Güclü fırtına Nazarov və komandasına mane oldu[/b]

Almaniya II Bundesliqasının ilk turu çərçivəsində keçirilməli olan “Haydenhaym” – “Erzgebirge” matçı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb güclü yağış və fırtına olub.

 

Milli komandamızın oyunçusu Dmitri Nazarovun da şərəfini qoruduğu “Erzgebirge” bu barədə tvitter hesabından açıqlama yayıb.

 

Qeyd edək ki, matç saat 17:30-da start götürməli idi.