İspaniya La Liqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, formasında “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsini reklam edən Madrid “Atletiko”su doğma meydanda Madrid “Real”ı ilə qarşılaşıb.
Hazırda İspaniyada səfərdə olan “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun canlı izlədiyi oyun 2:2 hesabı ilə yekunlaşıb.
Onu da əlavə edək ki, İspaniyada səfərdə olan Məmmədov səfər zamanı bir sıra vacib görüşlər keçirib. O, "Atletiko" rəhbərliyi ilə görüşdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. İspan klubunun rəsmiləri və fəxri qonaqlardan olan tanınmış futbolçu Radomel Falkao Azərbaycan xalqına başsağlığı verib.
Məmmədov həmçinin İspaniyanın Madrid regionunun rəhbəri İqnasiyo Qonzales və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevlə də görüşüb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”