Daha bir türkiyəli futbolçu Azərbaycan yığmasına dəvət alıb. Apasport.az-ın “ajansspor.com” saytına istinadən məlumatına görə, söhbət Almaniyanın “Kayzerslautern” klubunun mərkəz müdafiəçisi Ünal Altıntaşdan gedir.
Hazırda Türkiyənin U-17 yığmasına dəvət alan ucaboy futbolçu indidən Almaniya nəhənglərinin diqqət mərkəzinə düşməyi bacarıb. “Kayzerslautern”in aşağı yaş qrupunda çıxış edən Ünal 193 sm-lik boyu, “ikinci mərtəbə”dəki keçilməzliyi və oyun quruculuğu ilə seçilir.
Futbolçunun menecerliyini edən Hüseyin Çalhanoğlu Azərbaycan yığmasından təklif aldıqlarını bildirib. “Bayer”də çıxış edən tanınmış futbolçu Hakan Çalhanoğlunun atası bundan imtina etdiklərini söyləyib: “Ünal Türkiyə yığmasına uzun illər xidmət edəcək. Almaniya klubları artıq onun xidmətində maraqlıdılar. Çox böyük istedada malikdi. 1-2 ilə hamı onu tanıyacaq. Azərbaycan yığmasında oynaması üçün təklif gəlmişdi, qəbul etmədik. Məqsədimiz onun uzun illər Türkiyə yığmasında müdafiənin mərkəzində oynamasıdı”.
Qeyd edək ki, Ünal Altıntaş 1999-cu il təvəllüdlüdü.