[b]Hakimi söyən futbolçuya ağır cəza[/b]
08.11.2016 - 13:55
AFFA-nın İntizam Komitəsi I divizionun IX turunun “Energetik” – “Rəvan” matçında baş verənlərlə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Rəvan” klubunun futbolçusu Elnur Abdulov 4 oyunluq cəzalanıb.
Buna onun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Qarşılaşmanın 85-ci dəqiqəsində qeydə alınan hadisə “Rəvan”a da baha başa gəlib. Paytaxt təmsilçisi 320 manat cərimə ödəyəcək.
0
0