[b]Hakimlər “Kəpəz”ə seminar keçdi - FOTO[/b]
30.01.2018 - 14:38
[b]Hakimlər “Kəpəz”ə seminar keçdi - FOTO[/b]

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasının üzvləri üçün hakimlər tərəfindən seminar keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, seminarda eyni məqsədlə Türkiyədə olan ədalət təmsilçilərindən baş hakim İnqilab Məmmədov və yan xətt hakimi Mübariz Haşımov iştirak edib.

 

Onlar oyun qaydaları barədə ətraflı məlumatlar verərək, futbolçuları maraqlandıran sualları cavablandırıblar. Mübahisə doğuran müxtəlif oyun epizodları ilə bağlı müzakirələr aparılıb.

 

Qeyd edək ki, “Kəpəz” Türkiyə toplanışı çərçivəsində “Vitorul” (Rumıniya – 1:1), “Daejeon Citizen” (Cənubi Koreya - 1:0) və “Yagelloniya” (Polşa - 1:8) ilə yoxlama görüşü keçirib.

0