Topaz Premyer Liqasının II dövrəsinin startı yenidən əlavə hakim köməkçilərinin iş başında olması ilə diqqət çəkəcək. Apasport.az saytının məlumatına görə, neçə vaxtdı oyunlarını 4 ədalət təmsilçisinin idarə etdiyi çempionatın X turunun 1 görüşündə 6 hakim olacaq.
Belə ki, AFFA-nın Hakimlər Komitəsi “Bakı” ilə “Neftçi” arasında paytaxt derbisində İnqilab Məmmədovla Ömər Paşayevin də iştirak etməsini zəruri sayıb. Hərçənd, son 8 turda əlavə hakim köməkçilərinə ehtiyac duyulmamışdı.
Premyer Liqada mövsümün ilk iki turunun hərəsinin 2 qarşılaşmasında 6 ədalət təmsilçisi iştirak etmişdi. Təxminən iki ay yarım bu yenilindən yararlanmayan komitə II dövrədən bunu bərpa etmək niyyətindədir. Bu dəfə daha çox diqqət paytaxt derisinə ayrılıb.