[b]Hakimlər Komitəsinin sədri istefa verib?[/b]
22.02.2016 - 12:54
[b]Hakimlər Komitəsinin sədri istefa verib?[/b]

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin şok iddia ilə çıxış edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Beşiktaş” klubunun sabiq rəsmisi Mərkəzi Hakimlər Komitəsinin sədri Kuddusi Müftüoğlunun istefa verdiyini bildirib.

 

“Beyaz TV”də yayımlanan “Beyaz Futbol” verilişində şərhçilik edən Engin “Qalatasaray” – “Trabzonspor” qarşılaşmasında baş hakim Dəniz Atəşin bərbad idarəçiliyini Müftüoğlunun öz üzərinə götürdüyünü söyləyib. O, sədrin bütün heyətlə birlikdə istefa ərizəsini Türkiyə Futbol Federasiyasına təqdim etdiyini vurğulayıb. İndi son qərarı federasiya verəcək.

 

Qeyd edək ki, Superliqanın XXII turu çərçivəsində keçirilən “Qalatasaray” – “Trabzonspor” oyununun baş hakimi Dəniz Atəş qonaq komandanın 4 oyunçusuna qırmızı vərəqə göstərmiş və son dəqiqələrdə mübahisəli penalti qərarı ilə ev sahiblərinin (2:1) qələbə qazanmasına şərait yaratmışdı.