[b]Haynkesin xələfi nə vaxt bilinəcək?[/b]
01.04.2018 - 13:01
[b]Haynkesin xələfi nə vaxt bilinəcək?[/b]

Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisinin adı aprelin sonunda bəlli olacaq. Apasport.az saytının məlumatına görə, bunu Münhen təmsilçisinin İdarə Heyətinin sədri Karl-Hayns Rummenigge açıqlayıb.

 

O bildirib ki, Yupp Haynkesin yerinə çalışdırıcı axtaran “Bavariya” ayın sonunda yeni mütəxəssisi təqdim edəcək: “Haynkes iyunun sonunda postundan gedəcək. Çünki onun özü belə qərar verib. Yeni baş məşqçini aprelin sonunda təqdim edəcəyik”.

 

Qeyd edək ki, yaşı ilə əlaqədar vəzifəsindən ayrılmağa qərar verən 73 yaşlı Haynkes 1987-91, 2009, 2011-2013 və 2017-18-ci illərdə “Bavariya”ya rəhbərlik edib. O, indiki komandası ilə 1 dəfə Çempionlar Liqası, 3 dəfə Almaniya çempionluğu, 3 Almaniya Superkuboku və 1 dəfə Almaniya kuboku qazanıb.