Topaz Premyer Liqasının son 3 turu - XX-XXII turlar heç-heçələrin çoxluğu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, hər turda yalnız bir matçda qalib müəyyənləşibsə, üç görüş sülhlə bitib.
Bunun nəticəsində “Qəbələ”, “Zirə” və “Keşlə” mövsümün şərikli rekorduna imza atıb. Bu üç komanda ardıcıl heç-heçə sayında 3-ə çatıb.
“Zirə” iki dəfə qollu, bir dəfə qolsuz sülhə imza atıbsa, digər ii komanda eyni hesabı – 1:1 təkrarlayıb.
Azərbaycan çempionatları tarixinin ən uzun heç-heçə seriyası isə 5 oyundan ibarətdi. Belə sülh sindromuna 6 dəfə təsadüf olunub. “Neftçi” iki, “Qarabağ”, “Keşlə”, “Kəpəz” və “Şüvəlan” hərəyə bir dəfə belə seriyayla diqqət çəkib.