[b]Həmyerlimiz oynadı, komandası səfərdə qalib gəldi[/b]
16.10.2016 - 14:52
[b]Həmyerlimiz oynadı, komandası səfərdə qalib gəldi[/b]

Gürcüstan Umaqlesində VIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin keçmiş üzvü Rasim Ramaldanovun çıxış etdiyi "Kolxeti" səfərdə "Dinamo" (Batumi) ilə qarşılaşıb.

 

Matç Poti təmsilçisinin minimalhesablı hesablı qələbəsiylə yekunlaşıb.

 

Oyunçumuz bu görüşdə 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 8 turdan sonra 15 xal toplayan "Kolxeti" 7 komandadan ibarət olan "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.