[b]Həmyerlimiz oynadı, komandası uduzub kubokla vidalaşdı[/b]
21.04.2016 - 00:47
[b]Həmyerlimiz oynadı, komandası uduzub kubokla vidalaşdı[/b]

Sloveniya kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları baş tutub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Samir Məsimovun çıxış etdiyi “Domjale” “Selye” ilə cavab matçına çıxıb.

 

Domjale İdman Parkında baş tutan oyuna futbolçumuz start heyətində başlayıb. Fasilədə əvəzlənən Samir komandasına kömək edə bilməyib.

 

İlk matçda səfərdə minimalhesablı məğlubiyyətə uğrayan “soyğunçular” bu qarşılaşmada da eyni üzüntünü yaşayıb. Beləliklə, hər iki oyunun nəticəsinə görə, rəqibinə məğlub olan “Domjale” final şansını əldən verib.

0