Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun cəzası bəlli olub. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, “Erzgebirge” klubunun üzvü 3 oyunluq diskvalifikasiya edilib.
Buna səbəb onun II Bundesliqanın XI turunda “Regensburq”la qarşılaşmada meydandan qovulmasıdı. Belə ki, görüşün 20-ci dəqiqəsində aut atarkən topu bilərəkdən rəqib oyunçusunun başına vuran 27 yaşlı orta sahə oyunçusu Almaniya Futbol İttifaqının İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb. Həmçinin Aue klubu 3000 avro məbləğində cərimələnib.
Futbolçu klubun rəsmi saytına açıqlamasında kəsilən cəza ilə razılaşdığını etiraf edib və üzr istəyib: “Həmin anda özümü belə aparmamalı idim. Komandama və klubuma zərər vurduğumu bilirəm. Buna görə, üzr istəyirəm”.
Qeyd edək ki, “Erzgebirge” - “Regensburq” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi