[b]Həsrət sona çatdı[/b]
27.03.2018 - 21:03
[b]Həsrət sona çatdı[/b]

Azərbaycan millisi qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, komandamız həm 2018-ci ildə, həm də Qurban Qurbanovun rəhbərliyi altında qol hesabını Makedoniya ilə yoxlama matçında açıb.

 

Bu il Moldova (0:0) və Belarusla (0:1) yoxlama oyunlarında rəqib qapısına yol tapa bilməyən və Qurbanova qol bəxş etməyən komandamız qarşılaşmanın 6-cı dəqiqəsində fərqlənib.

 

Penalti zərbəsini dəqiq yerinə yetirən Riçard Almeyda qol həsrətinə son qoyub.

 

Millimiz son qolunu 2017-ci ildə vurub. Oktyabrın 8-də Almaniya ilə görüşün (1:5) 34-cü dəqiqəsində qol sevinci yaşayan Ramil Şeydayevin uğurundan sonra millimiz 242 dəqiqə növbəti uğuru gözləyib.

 

Bu, 2 matçlıq susqunluqdan, yəni 170 gündən sonra gerçəkləşib.