Hollandiyalı məşqçi Dik Advokatın işsiz günləri uzun çəkməyib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı vətənində işləyəcək.
O, Rotterdam “Sparta”sı ilə anlaşıb. Hollandiya mətbuatında yayılan xəbərlərdə bildirilib ki, Advokatla mövsümün sonuna kimi müqavilə imzalanıb. Onun köməkçiləri isə Kor Pot və Fred Qrim olacaq.
Cari mövsüm uğursuz çıxış edən Erediviziya təmsilçisi 17 turdan sonra 11 xalla son sırada yer alıb.
Qeyd edək ki, məşqçi karyerası çox zəngin olan Advokat PSV, “Qlazqo Reyncers”, “Zenit”, “Borussiya M.”, “Fənərbaxça” kimi klublarda, eyni zamanda, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ kimi millilərdə çalışıb. Onun son iş yeri Hollandiya millisi idi.