[b]I divizion Topaz Premyer Liqasından maraqlı imiş...[/b]
29.12.2014 - 14:27
[b]I divizion Topaz Premyer Liqasından maraqlı imiş...[/b]

Dünyanın ən məhsuldar liqalarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, planetin 272 müxtəlif yarışının yer aldığı cədvəldə Azərbaycan Topaz Premyer Liqası və I divizionla təmsil olunub.

 

Hər oyununda orta hesabla 2,91 qol vurulan aşağı dəstəmiz dünyadakı çempionatlar arasında 74-cü olub. Orta məhsuldarlığı 2,68-ə bərabər olan Premyer Liqa isə bu siyahıda 113-cüdü.

 

Cədvələ isə Andorranın II divizionu başçılıq edir – 4,96. Sonuncu pillədə qərarlaşan Qvineyanın yüksək liqasında isə qol görmək hər adama nəsib olmur – 1,20.