[b]İbrahim Şehiç: Biz rəqibi artıq tanıyırıq[/b]
05.11.2014 - 19:25
[b]İbrahim Şehiç: Biz rəqibi artıq tanıyırıq[/b]

“Avropanın ən güclü komandalarından birinə qarşı oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

 

Təcrübəli qolkiper Avroliqanın qrup mərhələsinin “Dnepr”lə oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Çalışacağıq ki, düzgün taktika ilə meydana çıxıb yaxşı nəticə qazanaq. Biz rəqibi artıq tanıyırıq. Onların nəyə qadir olduğunu bilirik. “Dnepr”in ötən mövsüm “Çernomorets”lə, eləcə də avrokuboklardakı görüşlərinə baxmışdım. İvan Striniç və Nikola Kaliniçi isə 6-7 il əvvəldən tanıyırdım. Onlarla uşaq yaşlarından tanışıq”.