[b]"Mövsümün sonu daha çətin keçəcək" -[/b] İbrahim Şehiç
10.04.2015 - 09:23
[b]"Mövsümün sonu daha çətin keçəcək" -[/b] İbrahim Şehiç

“AZAL ilk hücumdaca fərqləndi. Halbuki buna qədər bizim imkanlarımız olmuşdu”. Bunu apasport.az saytına “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

 

Topaz Premyer Liqasının XXIX turunda AZAL üzərində qazanılan (2:1) qələbəni dəyərləndirən bosniyalı qolkiper böyükhesablı qələbəyə layiq olduqlarını bildirib: “Erkən qol buraxsaq da, özümüzü itirmədik, nəzarəti ələ alıb, layiqli qələbə qazandıq. İkinci hissədə çox qol şanslarımız oldu. Onlardan yararlana bilsəydik, hesab daha böyük olardı”.

 

Şehiç mövsümün sonlarının onlar üçün daha çətin keçəcəyini düşünür: “Bu mövsüm çox oyun keçirmişik. Mövsümün ilk hissəsində eyni zamanda Avrokubokda da mübarizə apardıq. Qış fasiləsindən sonra isə həftədə 2 oyun keçiririk. Belə vəziyyətdə komandada yorğunluğun olması normaldı. Mövsümün sonu daha çətin keçəcək. Xüsusən də, “Simurq”la ağır oyunlarımız olacaq. Həm çempionatda, həm də kubokda ardıcıl 3 dəfə bu komanda ilə qarşılaşacağıq. Bu, çox önəmli perioddu. Hədəfimiz həm kubokda finala adlamaq, həm də çempionatda liderliyi qorumaqdı. Bu üzdən də “Simurq”la oyunlarda uğurlu nəticə qazanmalıyıq”.

0