“İlk növbədə komandamı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi. Lakin fasilədən sonra qələbə həvəsindəydik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” – AZAL oyunundan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov deyib:
“Əlimizdə olan heyəti bu oyuna köklədik. Düzdür, mən son 1 həftədə komandanın yanında ola bilmədim. Pro kurslarında iştirak etdiyim vaxt köməkçi məşqçilər komandanı oyuna yaxşı hazırlaya bilmişdilər. İndi əsas məqsəd komandanı qarşıdakı oyuna hazırlamaqdır”.
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca isə AZAL komandasını qələbə münasibəti ilə təbrik edib:
“Bu gün ilk hissənin son dəqiqəsində qol buraxdıq. Həmin qola qədər çox yaxşı oynadıq. İkinci hissədə vəziyyəti düzəltməyə çalışsaq da, alınmadı”.