[b]İbrahim Uzunca oyunçuların həvəssizliyindən şikayətlənib, narazı olmadığını bildirdi[/b]
15.05.2015 - 18:39
[b]İbrahim Uzunca oyunçuların həvəssizliyindən şikayətlənib, narazı olmadığını bildirdi[/b]

“Öz səhvlərimizdən qollar buraxdıq. Çempionatın sonudur. Oyunçularım həvəssiz mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində baş tutan “Simurq” – “Bakı” görüşündən sonra “zolaqlılar”ın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Oyunçularından narazı olmadığını bildirən türkiyəli məşqçi, son turları yaxşı oyunla keçirmək istədiyini deyib:

 

“Onlara indiki vəziyyətdə narazılıq bildirmək bizə yaraşmaz. Qarşıdakı iki oyunu ən layiqli şəkildə keçirməyi düşünürük”.

 

“Simurq”un baş məşqçisi Georgi Çixradze isə yaxşı futbol sərgilədiklərini bildirib:

 

“Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək. Yaxşı komandamız vardı”.