“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç sıraya dönüb. Apasport.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, zədəsini tam sağaldan isveçli futbolçu məşqlərə başlayıb.
İbrahimoviç hələ ki, məşqçilərin tərtib etdiyi xüsusi proqram əsasında hazırlıq keçir. “Mankunianlar”ın çalışdırıcısı Joze Mourinyo onu məşq zamanı ikili mübarizələrdən uzaq tutur.
36 yaşlı forvard apreldə ciddi zədə almışdı. Onun bərpa prosesi həkimlərin açıqladığı vaxtdan az çəkib.
Qeyd edək ki, “Mançester Yunayted”lə yeni 1 illik müqavilə imzalayan Zlatan İbrahimoviç ötən mövsüm “qırmızı-şeytanlar”ın heyətində 46 oyunda 28 qola imza atıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu