[b]İbrahimoviçə qarşı sui-qəsd iddiası[/b]
08.05.2015 - 17:54
[b]İbrahimoviçə qarşı sui-qəsd iddiası[/b]

2003-2010-cu illərdə İsveçdə iki nəfəri öldürdüyü, bir çox adamı isə öldürməyə təşəbbüs etdiyi üçün həbs edilən və ömürlük cəzaya məruz qalan Peter Manqsın Zlatan İbrahimoviçi öldürmək planı olması üzə çıxıb. Apasport.az saytının məlumatına görə, həbsxanada kitab yazan Manqs qeyd edib ki, küçədə İbrahimoviçin maşınını saxladığını görüb, evə gedib, silahı alıb, geri qayıtdıqda isə artıq futbolçu ordan gedibmiş.

 

Daha çox Malmönün mühacirlər yaşayan məhləsinin sakinlərinə hücum edən cinayətkar İbrahimoviçin də balkan əsilli olduğu üçün öldürəcəyi adamların siyahısında ilk sırada olduğunu bildirib.

 

Bundan əlavə Manqs İsveç mediasını da Zlatan İbrahimoviçi boş yerə tərifləməkdə ittiham edib.