AFFA İcraiyyə Komitəsi (İK) bu günkü iclasında bir sıra qərarlar qəbul edib. Apasport.az saytının məlumatına görə, İK legioner futbolçular üçün rüsumun məbləği ilə bağlı da qərar verib.
AFFA Klublar Komitəsi (KK) son iclasında 20 min manatlıq hazırkı rüsumun 5 manata endirilməsi məsələsində ortaq məxrəcə gəlmiş və bunu İK-ya təklif etmişdi. Lakin İcraiyyə Komitəsi KK-nın bu istəyini qəbul etməyib.
Beləliklə, klublar əvvəllər olduğu kimi, yenə hər əcnəbi futbolçunun illik rüsum məbləği kimi 20 min manat ödəyəcək.
Həmçinin Topaz Premyer Liqasında çıxış edən klubların cərimə məbləğlərinin də olduğu kimi saxlanılmasına qərar verib.