Sabah Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, XXII turun qarşılaşmaları iki gün davam edəcək.
Dövrənin ilk matçı Gəncədə baş tutacaq. Çempionatın autsayderləri “Kəpəz”lə “Keşlə” xal hesablarını artırmaq üçün mübarizə aparacaq. Son 3 turda qələbə qazana bilməyən komandalar uğursuz seriyanı dayandırmağa çalışacaq.
İlk oyun günü “Qarabağ”la “Səbail” arasında matçla yekunlaşacaq. Çempionatın lideri Premyer Liqanın debütantını 4-cü dəfə məğlub etmək niyyətindədi. 1100-cü qolun astanasında olan Qurban Qurbanovun yetirmələri ardıcıl 2 heç-heçədən sonra azarkeşlərini 3 xalla sevindirmək istəyindədi. 4 turdu qələbə nə olduğunu bilməyən Samir Əliyevin yetirmələri isə son illərin çempionunun 13 matçlıq məğlubiyyətsiz seriyasını qırmağa köklənib.
Turun ikinci gününün görüşləri daha çox maraq kəsb edir. Belə ki, bazar günü meydana mükafatlar və avrokuboklar üçün mübarizə aparan komandalar çıxacaq. İddialıların duelləri Bakıda baş tutacaq.
Öncə 7 oyundu qələbə qazanmayan “Zirə” “Qəbələ”ni qəbul edəcək. İstefası gündəmdə olan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk qələbə ilə 3-cü sıranı qaytarmağa çalışacaq. Roman Qriqorçukun komandası isə ardıcıl iki heç-heçədən sonra 3 xal arzusundadı.
Həftənin son matçında “Neftçi” və “Sumqayıt” üz-üzə gələcək. Məğlubiyyətsiz irəliləyən rəqiblər durumlarını yaxşılaşdırmaq üçün qalib gəlməlidi. 5 turdu uduzmayan Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə məhz “Sumqayıt”a uduzub. Samir Abasovun komandası isə 2018-ci ilin ən yaxşısıdı və 9 oyundu məğlub olmur. “Ağ-qaralar” qələbə ilə mükafatlara daha da yaxınlaşacaqsa, qonaqlar 3-cü sırada möhkəmlənmək üçün üç xal qazanmalıdı.
Azərbaycan Premyer Liqası
XXII tur
7 aprel (şənbə)
15:00. “Kəpəz” – “Keşlə”
Mövsümün əvvəlki oyunları: 2:3, 2:0, 0:1
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
17:30. “Qarabağ” – “Səbail”
Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 1:0
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
“Azərsun Arena”
8 aprel (bazar)
16:30. “Zirə” – “Qəbələ”
Mövsümün əvvəlki oyunları: 1:1, 2:1, 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Vaqif Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu
18:30. “Neftçi” – “Sumqayıt”
Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 0:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
8-ci km qəsəbə stadionu
|
1. |
Qarabağ |
21 |
15 |
5 |
1 |
31-8 |
50 |
|
2. |
Qəbələ |
21 |
12 |
4 |
5 |
35-21 |
40 |
|
3. |
Sumqayıt |
21 |
10 |
5 |
6 |
27-22 |
35 |
|
4. |
Zirə |
21 |
9 |
7 |
5 |
28-20 |
34 |
|
5. |
Neftçi |
21 |
9 |
3 |
9 |
26-22 |
30 |
|
6 |
Səbail |
21 |
5 |
3 |
13 |
14-30 |
18 |
|
7. |
Keşlə |
21 |
4 |
5 |
12 |
18-33 |
17 |
|
8. |
Kəpəz |
21 |
3 |
2 |
16 |
13-36 |
11 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12