İtaliya A seriyasının 30-cu turunda “İnter” doğma meydanda “Verona” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, milanlıların argentinalı hücumçusu Mauro İkardi matçda dublla yadda qalıb.
Beləliklə də İkardi cari mövsümdə vurduğu qolların sayını 24-ə çatdırıb. Ötən mövsüm də eyni uğura imza atan argentinalı klubun tarixinə düşüb.
Belə ki, bu vaxta qədər “İnter”in tarixində cəmi iki futbolçu ardıcıl iki mövsüm 24 və daha artıq qol vura bilmişdi. Bu nailiyyəti ilk dəfə klubun əfsanəsi Cüzeppe Meatsa (1929/30 və 1930/31), daha sonra isə İştvan Nyerşu (1949/50 və 1950/51) tarixə yazıb.
Qeyd edək ki, İkardi bu mövsüm 25 oyunda 24 qol vurub.