[b]İker Kasilyasdan yeni rekord[/b]
05.11.2014 - 00:00
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Santyaqo Bernabeu"da “Liverpul”la qarşılaşan “Real”ın qapıçısı İker Kasilyas üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü hazırda 0:0 hesabı ilə davam edən oyunda 144-cü matçına çıxıb.
Bununla da 33 yaşlı qolkiper Avropanın ən nüfuzlu klub turnirində “Barselona”nın yarımmüdafiəçisi Xavini keçərək, yeni rekorda imza atıb.
Qeyd edək ki, Xavi Çempionlar Liqasında 143 oyunda forma geyinib. O, bu gün “Ayaks”la səfər matçında meydana çıxacağı təqdirdə, Kasilyasa çatacaq.
0
0