İngiltərə Premyer Liqasında XXXIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.
Günün iki görüşü xüsusi diqqət çəkib. 5 saat ara ilə start götürən iki derbinin ilki Liverpulda keçirilib. “Liverpul” həmşəhərlisi “Everton”un qonağı olub. Medallar uğrunda yarışan Yurgen Kloppun kollektici rəqibi ilə qolsuz bərabərə qalıb.
Günün son qarşılaşması çempionluğu rəsmiləşdirmək baxımından həlledici ola bilərdi. Mançester deribisində “şəhərlilər” “qırmızı şeytanlar”la qarşılaşib. Qvardiola ilə Mourinyonun duelində birincinin qələbə qazanması sona 6 tur qalmış “qızıl”ı təmin edəcəkdi. "Mançester Siti" qarşılaşmanın gedişində 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, ikinci hissədə 3 qol vuran "mankunianlar" əzmkar qələbə qazanıblar. Bu isə Qvardiolanın yetirmələrinin çempionluğunu təxirə salıb.
Digər iddiaçı “Tottenhem” “Stok Siti” səfərindən 3 xalla dönüb.
Bazar günü “Arsenal”la “Çelsi” müvafiq olaraq “Sauthempton” və “Vest Hem”i sınağa çəkib. "Arsenal" "Sauthempton"la matçda çətin qələbəyə sevinib.
"Çelsi" isə öz meydanında "Vest Hem"in müqavimətini qıra bilməyib.
İngiltərə Premyer Liqası
XXXIII tur
7 aprel
“Everton” – “Liverpul” - 0:0
“Bornmut” – “Kristal Palas” - 2:2
Qollar: Musset, 65; Kinq, 89
“Brayton” – “Haddersfild” - 1:1
Qollar: Lossl, 29 (avtoqol) - Munye, 33
“Lester” – “Nyukasl” - 1:2
Qollar: Vardi, 84 - Şelvi, 18; Peres, 75
“Stok Siti” – “Tottenhem” - 1:2
Qollar: Diuf, 57 - Eriksen, 52, 63
“Uotford” – “Bernli” - 1:2
Qollar: Pereyra, 61 - Uokes, 70; Kork, 73
“Vest Bromviç” – “Suonsi” - 1:1
Qollar: Rodriges, 54 - Abraham, 75
“Mançester Siti” – “Mançester Yunayted” - 2:3
Qollar: Kompani, 25; İlkay, 30 - Poqba, 53, 55; Smollinq, 69
8 aprel
“Arsenal” – “Sauthempton” - 3:2
Qollar: Obameyanq, 29; Uelbek, 38, 81 - Lonq, 17; Austin, 73
“Çelsi” – “Vest Hem” - 1:1
Qollar: Azpilikueta, 36 - Çiçarito, 73
Turnir cədvəli
1. |
Mançester Siti |
32 |
27 |
3 |
2 |
90-24 |
84 |
2. |
Mançester Yunayted |
32 |
22 |
5 |
5 |
63-25 |
71 |
3. |
Liverpul |
33 |
19 |
10 |
4 |
75-35 |
67 |
4. |
Tottenhem |
32 |
20 |
7 |
5 |
64-27 |
67 |
5. |
Çelsi |
32 |
17 |
6 |
9 |
54-31 |
57 |
6. |
Arsenal |
32 |
16 |
6 |
10 |
61-43 |
54 |
7. |
Bernli |
32 |
13 |
10 |
9 |
31-28 |
49 |
8. |
Lester |
32 |
11 |
10 |
11 |
48-45 |
43 |
9. |
Everton |
33 |
11 |
8 |
14 |
38-53 |
41 |
10. |
Nyukasl |
32 |
10 |
8 |
14 |
33-41 |
38 |
11. |
Bornmut |
33 |
9 |
11 |
13 |
41-53 |
38 |
12. |
Uotford |
33 |
10 |
7 |
16 |
42-59 |
37 |
13. |
Brayton |
32 |
8 |
11 |
13 |
29-43 |
35 |
14. |
Vest Hem |
32 |
8 |
10 |
14 |
40-58 |
34 |
15. |
Suonsi |
32 |
8 |
8 |
16 |
26-45 |
32 |
16. |
Haddersfild |
33 |
8 |
8 |
17 |
26-54 |
32 |
17. |
Kristal Pelas |
33 |
7 |
10 |
16 |
33-52 |
31 |
18. |
Sauthempton |
32 |
5 |
13 |
14 |
31-50 |
28 |
19. |
Stok Siti |
33 |
6 |
9 |
18 |
30-63 |
27 |
20. |
Vest Bromviç |
33 |
3 |
12 |
18 |
26-52 |
21 |
Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 29 qol