Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün ərzində 15 cüt münasibətlərini aydınlaşdıracaq.
İlk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu “Qarabağ” Moldovada “Şerif”in qonağı olacaq. Digər 14 cüt ertəsi gün meydana çıxacaq.
Bu cütlərdən 9-u “Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparır. Azərbaycan çempionu pley-offa yüksəlsə, məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək. Çünki Çempionlar yolunun 10 cütünün qalibi növbəti raundda 5 cütlük təşkil edəcək.
Liqa yolunda keçiriləcək 5 cütün qalibini isə daha çətin sınaq gözləyir. Onlar pley-offda “Sevilya”, “Napoli”, “Liverpul”, “Hoffenhaym” və “Sportinq” kimi rəqiblərlə qarşılaşacaq. III təsnifat mərhələsində uduzacaq 15 komanda isə Avropa Liqasının pley-offunda mübarizə aparacaq.
Qonşu Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında “Brügge” ilə qarşılaşacaq. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə səfər qolu üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, pley-offun püşkatması avqustun 4-də keçiriləcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu
1 avqust
21:00. “Şerif” (Moldova) - “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0
3 avqust
21:00. BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya)
İlk oyun – 0:1
21:00. APOEL (Kipr) - “Vitorul” (Rumıniya)
İlk oyun – 0:1
22:00. “Kopenhagen” (Danimarka) - “Vardar” (Makedoniya)
İlk oyun - 0:1
22:30. “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail)
İlk oyun – 0:2
22:30. “Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya)
İlk oyun – 0:1
22:45. “Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya)
İlk oyun – 3:1
22:45. “Legiya” (Polşa) - “Astana” (Qazaxıstan)
İlk oyun – 1:3
22:45. “Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya)
İlk oyun – 1:1
22:45. “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)
İlk oyun – 0:0
Liqa yolu
21:00. MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan)
İlk oyun – 2:0
21:45. “Başakşəhər” (Türkiyə) - “Brügge” (Belçika)
İlk oyun – 3:3
22:15. “Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya)
İlk oyun - 2:2
22:15. “Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun – 1:3
22:45. “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa)
İlk oyun – 1:1
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır