[b]İki il əvvəl Tiflisdə, indi Tiraspolda[/b]
29.07.2017 - 16:02
[b]İki il əvvəl Tiflisdə, indi Tiraspolda[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” oyununun hakimi Roy Reynşreber Azərbaycan komandaları üçün tanış referidi. Apasport.az saytının məlumatına görə, israilli ədalət təmsilçisi əvvəllər də komandalarımızın görüşünə təyinat alıb.

 

37 yaşlı hakim 2014-cü ildən FİFA dərəcəsinə malikdi. Bir il sonra isə israilli U-17-lər arasında Avropa çempionatının final mərhələsində iş başında olub. Reynşreyber Bolqarıstandakı yarışda ümumilikdə 3 oyun idarə edib ki, bunlardan biri 1/4 finalda baş tutub.

 

Elə həmin il iyulun 4-də Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Tiflis) – “Qəbələ” matçında Reynşreyber baş hakim olub. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi matçın referisi gürcüstanlılara qırmızı vərəqə də göstərib. 2 il əvvəl Tiflisdə təmsilçimizin matçında olan referi bu dəfə Tiraspolda eyni funksiyanı yerinə yetirəcək.

 

2016-cı ildə isə israilli U-19-ların qitə çempionatına təyinat alıb. Bu dəfə də 3 matça çıxan Reynşreyber yarımfinalı da idarə edib.

 

37 yaşlı ədalət təmsilçisi Bakıya da gəlməyə imkan tapıb. O, hələ 2014-cü ildə Azərbaycan və Bolqarıstan millilərinin AVRO-2016-nın seçmə mərhələ oyununa təyinat alıb. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi matçda Reynşreber əlavə köməkçi hakim kimi qapının arxasında qalıb.

 

Qeyd edək ki, Tiraspolun “Şerif” stadionunda baş tutacaq “Şerif” – “Qarabağ” matçı avqustun 1-də keçiriləcək.