[b]İki oyunda 4 cəzalı[/b]
02.04.2018 - 11:05
[b]İki oyunda 4 cəzalı[/b]

Azərbaycan Premyer Liqasının XXI turunun ilk oyun günündə keçirilən 2 qarşılaşma 4 futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu oyunçulardan ikisi qırmızı, ikisi sarı vərəqə üzündən növbəti matçı buraxacaq.

 

“Keşlə”nin itkiləri daha böyükdü. Paytaxt klubu iki futbolçusundan məhrum olub. Sezar Meza Kolli “Qarabağ”la görüşdə meydandan qovulubsa, Pərdis Fərcad-Azad 4-cü xəbərdarlığını alıb. Onlar aprelin 7-də “Kəpəz”lə səfərdə keçiriləcək görüşü buraxacaq.

 

Gəncə təmsilçisi də ev oyununa itki ilə çıxmaq məcburiyyətindədi. “Zirə” ilə qarşılaşmada sarı vərəqə alan Quili Mandqaladze də 4-cü dəfə xəbərdarlıq aldığından “istirahət” qazanıb.

 

“Qarabağ” - “Keşlə” matçında meydan sahiblərinin qırmızı vərəqə alan futbolçusu Coşqun Diniyev də Sezar kimi ən azı 1 oyun buraxacaq. Ağdam təmsilçisi XXII turun aprelin 7-dəki görüşündə “Səbail”lə üz-üzə gələcək.