[b]İki qırmızı vərəqə alan yeganə oyunçu[/b]
22.05.2018 - 09:54
“Qəbələ”nin futbolçusu Cavid Hüseynov antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın kapitanı Topaz Premyer Liqasının dünən başa çatan mövsümündə iki qırmızı vərəqə alan yeganə oyunçudu.
O, “Qarabağ”la XXVIII turun son görüşündə meydandan qovulub. Bu da yarımmüdafiəçinin mövsümdə 2-ci cəzası olub.
Cari mövsümdə qırmızı vərəqə alan digər 19 futbolçu isə hərəyə 1 dəfə cəzalanıb. Ümumilikdə isə mövsümdə 21 belə cəza tətbiq olunub.
Qeyd edək ki, Hüseynov mövsümdə 18 matça çıxıb.
0
0