[b]İkinci duel[/b]
07.08.2015 - 16:20
[b]İkinci duel[/b]

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan klublarının rəqibi olan komandalar ilk dəfə təmsilçilərimizlə görüşəcək. Apasport.az saytının məlumatına görə, “Qəbələ”yə rəqib olan Yunanıstan “Panatinaikos”u və “Qarabağ”la görüşəcək İsveçrə “Yanq Boyz”u indiyədək Azərbaycan komandaları ilə üz-üzə gəlməyib.

 

Lakin təmsilçilərimiz bu ölkələrin başqa klubları ilə görüşüb. Belə ki, avrokuboklarda həm İsveçrə, həm Yunanıstanla bir duelimiz baş tutub. Hər iki halda da mərhələni rəqib keçib.

 

6 il əvvəl Çempionlar Liqasında uduzub, Avropa Liqasının pley-offuna düşən  “Bakı” da isveçrəlilərlə üz-üzə gəlmişdi. İndi isə “Qarabağ” oxşar durumdadı. Lakin rəqib “Bazel” deyil, “Yanq Boyz”du və isveçrəlilərdən revanş almaq mümkündü.

 

Yunanıstan təmsilçisi ilə görüşən “İnter” “Asteras”la iki dəfə heç-heçə etmişdi. Lakin bakılılar penaltilər seriyasında uduzmuşdu. “Qəbələ” daha güclü rəqiblə - “Panatinaikos”la qarşılaşsa da, qrup mərhələsinə düşmək üçün Ellada təmsilçisini keçməlidi.

 

2009/10

Avropa Liqası

Pley-off təsnifat mərhələsi

20 avqust. “Bakı” – “Bazel” (İsveçrə) - 1:3

Feliks Felipe Almeyda

27 avqust. “Bazel” (İsveçrə) - Bakı - 5:1

Fernando Peres

2012/13

Avropa Liqası

II təsnifat mərhələsi

19 iyul.  “İnter” – “Asteras Tripolis” (Yunanıstan) - 1:1

Tales Şütz

26 iyul. “Asteras Tripolis” (Yunanıstan) – “İnter” - 1:1, penaltilərlə 4:2

Tales Şütz