[b]İkiqat Azərbaycan çempionunu güllələyən şəxs tutuldu[/b]
22.02.2016 - 09:30
Fevralın 21-nə keçən gecə Gəncədə "Kəpəz" otelinin qarşısında peşəkar idmançı Elmir Cəlilovu avtomobildə güllələyərək, qətlə yetirən şəxs saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 31 yaşlı kikboksçunu odlu silahla öldürən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.
O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Qətlin hansı səbəbdən törədilməsi hələ məlum deyil.
Cəlilov ailəli, 2 uşaq atası olub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0