Türkiyə Superliqasında XV turun son oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, ilin son turu sensasiya ilə başa çatıb.
Belə ki, autsayderlər qrupunda qərarlaşan “Əskişəhərspor” səfərdə “Trabzonspor”a böyük hesabla qalib gəlib 4:1. Bunadək baş tutan görüşlər isə liderlər qrupunda dəyişikliyə səbəb olmuşdu.
I dövrəni ilk pillədə başa vurmaq istəyən “Qalatasaray” səfərdə “Gənclərbirliyi”nin qonağı olub. “Cim-Bom” Hamza Hamzaoğlunun rəhbərliyi altında ilk dəfə xal itkisi ilə üzləşib. Fasiləyə 19-cu dəqiqədə Əmrə Çolakın vurduğu tək qollu ilə öndə yollanan “aslanlar” üstünlüyü sona qədər qoruya bilməyib. “Sarı-qırmızılılar”ın sabiq hücumçusu Boqdan Stanku 72-ci dəqiqədə “Qalatasaray”ı cəzalandırıb – 1:1.
Bu yerə daha bir iddiaçı “Fənərbaxça” doğma publika önündə “Mersin İdmanyurdu”nu qəbul edib. “Sarı bülbüllər” 32-ci dəqiqədə Mehmet Topalın yeganə qolu ilə 3 xal qazanaraq, müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.
“Beşiktaş” isə səfərdə “Konyaspor”la üz-üzə gəlib. “Qara qartallar” rəqibi 1:2 hesabı ilə məğlub edərək, zirvəni “Fənərbaxça”nın əlindən alıb.
Türkiyə Superliqası
XV tur
26 dekabr
“Gənclərbirliyi” – “Qalatasaray” - 1:1
Qollar: Stanku, 72 - Əmrə Çolak, 19
27 dekabr
“Karabükspor” – “Balıkəsirspor” - 0:1
Qol: Gökhan Ünal, 90+3
"Başakşəhər” – “Ərciyəsspor” - 3:1
Qollar: Epureanu, 17, Madureyra, 73, Perbet, 83 – Edino, 46
“Fənərbaxça” – “Mersin İdmanyurdu” - 1:0
Qol: Mehmet Topal, 32
28 dekabr
“Qaziantepspor” – “Bursaspor” - 1:2
Qollar: Dəmir, 42 - Fernando, 77, Beluşi, 81
“Kasımpaşa” – “Sivasspor” - 0:0
“Akhisar” – “Rizəspor” - 0:4
Qollar: Kadah, 24; 46. Viera, 33. Holosko, 75
“Konyaspor” – “Beşiktaş” - 1:2
Qollar: Kabze, 85-pen – Töre, 19, Sosa, 58
29 dekabr
“Trabzonspor” – “Əskişəhərspor” – 1:4
Qollar: Hurmaçı, 76 – Mori, 32, Oemer, 73, 78, Andac, 90
1. |
Beşiktaş |
15 |
11 |
2 |
2 |
25:13 |
35 |
2. |
Fənərbaxça |
15 |
10 |
3 |
2 |
23:13 |
33 |
3. |
Qalatasaray |
15 |
10 |
2 |
3 |
24:18 |
32 |
4. |
Başakşəhər |
15 |
7 |
6 |
2 |
20:6 |
27 |
5. |
Bursaspor |
15 |
6 |
5 |
4 |
28:18 |
23 |
6. |
Trabzonspor |
15 |
5 |
7 |
3 |
27:26 |
22 |
7. |
Gənclərbirliyi |
15 |
5 |
6 |
4 |
23:17 |
21 |
8. |
Mersin İdmanyurdu |
15 |
6 |
3 |
6 |
21:19 |
21 |
9. |
Kasımpaşa |
15 |
5 |
5 |
5 |
23:26 |
20 |
10. |
Qaziantepspor |
15 |
5 |
3 |
7 |
15:20 |
18 |
11. |
Akhisar |
15 |
4 |
5 |
6 |
16:23 |
17 |
12. |
Konyaspor |
15 |
4 |
4 |
7 |
13:22 |
16 |
13. |
Əskişəhərspor |
15 |
3 |
7 |
5 |
20:22 |
16 |
14. |
Karabükspor |
15 |
4 |
3 |
8 |
19:20 |
15 |
15. |
Ərciyəsspor |
15 |
2 |
8 |
5 |
18:19 |
14 |
16. |
Rizəspor |
15 |
3 |
4 |
8 |
16:23 |
13 |
17. |
Sivasspor |
15 |
2 |
5 |
8 |
13:24 |
11 |
18. |
Balıkəsirspor |
15 |
3 |
2 |
10 |
16:31 |
1 |