Avropanın daha bir ölkəsində çempion müəyyənləşib. Apasport.a saytının məlumatına görə, Slovakiya çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibi bəlli olub.
Öz meydanında “Dunayska Ştreda”nı 2:0 hesabı ilə məğlub edən Trnava “Spartak”ı ən yaxın izləyicisi üzərində qələbə sayəsində çempion tituluna yiyələnib. Xal hesabını 64-ə çatdıran trnavalılar rəqibindən 10 xal uzaqlaşıb.
Nestor El Maestronun baş məşqçisi olduğu komanda tarixində ilk dəfə Slovakiya çempionu adını qazanıb. Vaxtilə 5 dəfə Çexoslovakiya çempionu olan komanda bununla da Çempionlar Liqasına vəsiqə əldə edib.