Azərbaycan futbol tarixində ilk qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu ilkin müəllifi Ağdamın “Qarabağ” klubu olub.
Ağdam klubu Çempionlar Liqasının qrupundan xal qazanan ilk Azərbaycan klubu olub. Qurban Qurbanovun yetirmələri buna “Atletiko” ilə III turun oyununda imza atıb. Qolsuz bərabərlikdə turnirin əsas raundan ilk xala səbəb olub.
Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklardakı ən önəmli ilk xal qazandığı matçlar sırasına düşüb. Söhbət ilk qələbələr, ilk qollar deyil, yalnız ilk xallardan gedir.
Maraqlıdı ki, 4 ən dəyərli “siftə”nin üçü 0:0 hesabı ilə başa çatıb. Bunlardan ikisi “Neftçi”, biri “Kəpəz”, biri “Qarabağ”ın hesabındadı.
Avrokuboklarda ilk xal
24 avqust 1995. “Neftçi” - APOEL (Kipr) - 0:0 (Kuboklar Kuboku)
Çempionlar Liqasında ilk xal
21 iyul 1999. “Kəpəz” - “Sloqa Yuqomaqnat” (Makedoniya) - 2:1
Qrupda ilk xal
20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0 (Avropa Liqası)
Çempionlar Liqasında qrupda ilk xal
18 oktyabr 2017. “Qarabağ” – “Atletiko” (İspaniya) – 0:0
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu