[b]İlk itki[/b]
13.07.2017 - 22:54
Azərbaycan klublarının avrokuboklardakı qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 6 matçda qalib gələn təmsilçilərimiz Avropa Liqasının II təsnifat mərhələsinin bu gün keçirilən oyununda seriyanı davam etdirə bilməyib.
Avrokuboklarda rekord seriya “Qəbələ” – “Yagelloniya” görüşünədək sürüb. Polşa təmsilçisinin hesabı açdığı oyunda dönüş yaradan “qırmızı-qaralar” bərabərlik qolunu vurub, aşkar üstünlük qazansa da, qələbə əldə edə bilməyib – 1:1.
Qeyd edək ki, bunadək “İnter” 3, “Zirə” 2, “Qarabağ” 1 qələbə qazanıb.
0
0