[b]İlk sınaq: Yubiley baş tutacaqmı?[/b]
16.06.2015 - 11:52
[b]İlk sınaq: Yubiley baş tutacaqmı?[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz AVRO-2017-nin seçmə mərhələsində ilk sınağına çıxacaq.

 

Qitə çempionatlarında 21 il əvvəl debüt edən komandamız tarixinin 11-ci seçmə tsiklində mübarizəyə başlayacaq. Yaşar Vahabzadənin yetirmələri ilk görüşünü səfərdə keçirəcək. Komandamızın rəqibi Farer adaları yığması olacaq.

 

Millimiz AVRO-2009-da da eyni qrupda olduğu şimallılardan 8 il əvvəlki uğursuzluğun əvəzini çıxmalıdı. Həmin vaxt səfərdə 0:1 hesabı ilə uduzan yığmamız ev oyununda 1 xalla kifayətlənmişdi – 2:2.

 

Yığmamız seçmə mərhələyə qələbə ilə başlamağı bacarsa, yubileyə imza atacaq.

 

Belə ki, komandamız əvvəlki 10 tsikldə 9 qələbə qazanıb. 10-cu uğurun asrtanasında olan futbolçularımız bu müddətdə 82 oyun keçirib.

 

83-cü matçmı ərəfəsində hesabında 9 qələbə ilə yanaşı, 13 heç-heçəsi də olan yığmamız 60 dəfə meydanı xalsız tərk edib. 44 qol vurub 191-ni buraxan millimiz Farer adaları ilə görüşə Danimarkada hazırlaşıb. Bu ölkədə təlim-məşq toplanışı keçirib, yoxlama oyununda da qüvvəsini sınayan adalara ən azı xal üçün yollanıb.

 

Qeyd edək ki, Azərbaycan və Farer adalarının mübarizə apardığı VII qrupda Almaniya, Avstriya, Rusiya və Finlandiya milliləri də çıxış edir.

 

AVRO-2017-nin seçmə mərhələsi

VII qrup

17 iyun

21:00. Farer adaları – Azərbaycan

Toftir. Toftir stadionu