[b]İnfantinodan yeni turnir təklifi: 25 milyard dollarlıq büdcə[/b]
02.05.2018 - 16:17
[b]İnfantinodan yeni turnir təklifi: 25 milyard dollarlıq büdcə[/b]

FİFA prezidenti Canni İnfantino yeni təkliflə çıxış edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbol funksioneri daha bir turnirin keçirilməsinin tərəfdarıdı.

 

Belə ki, o, 8 yığma arasında 2021-ci ildən etibarən “8-lər finalı” adı altında mini-turnir təklif edib. Yarışın iki ildən bir, oktyabr və ya noyabr ayında təşkili planlaşdırılır. İnfantinonun sözlərinə görə, sponsorlar “8-lər finalı” və 2021-ci ildən yenilənmiş formatda keçirilməsi gözlənilən Klublararası Dünya Çempionatının təşkili üçün 25 milyard dollar ayırmağa hazırdılar.

 

4 ildən bir baş tutan Konfederasiyalar Kubokunun isə ləğv olunması gözlənilir. Bu təkliflər FİFA-nın şurasında müzakirə ediləcək və çox güman ki, müsbət qərar veriləcək.

 

Qeyd edək ki, Klublararası Dünya Çempionatının 24 komandanın iştirakı ilə keçirilməsi planlaşdırılır.