FİFA İngiltərə millisinin yarımmüdafiəçisi Dele Allini cəzalandıra bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
Allinin DÇ-2018-in seçmə mərhələsinin Slovakiya ilə ev oyununda (2:1) etdiyi jest başına bəla olacaq. Belə ki, matçın sonlarında rəqibin cərimə meydançasının həndəvərində yıxılan yarımmüdafiəçi oyunun baş hakimindən cərimə qərarı gözləsə də, referinin fiti susub. “Tottenhem”in üzvü bundan sonra ədəbsiz jest göstərib. Futbolçu məhz bu hərəkətinə görə cəzalana bilər.
Ancaq Dele Alli həmin jesti hakimə yox, komanda yoldaşı Kayl Uokerə göstərdiyini deyib. İngiltərə Futbol Assosiasiyası da 21 yaşlı futbolçunun bu jesti hakimə göstərmədiyini sübut etməyə çalışır.
Alliylə bağlı qərarın sentyabrın sonunda verilməsi gözlənilir.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib