Rusiyada keçiriləcək dünya çempionatı öncəsi İngiltərədə təhlükəsizliklə bağlı narahatlıq artır. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, iki ölkə arasındakı siyasi gərginlik futbolçulara da sirayət edib.
İngiltərə Futbol Federasiyası adətən ölkə xaricində təşkil edilən beynəlxalq turnirlər zamanı yığma üzvlərinin ailələrinin qorunması üçün xüsusi təhlükəsizlik şirkəti ilə əməkdaşlıq edir. Ancaq federasiya bu dəfə oyunçuların ailələrinin təhlükəsizliyindən məsuliyyət daşımayacağını açıqlayıb. Buna baxmayaraq, bəzi futbolçular ailələrini aparmaqda qərarlıdı və onlar özləri cangüdən tutacaqlar. Artıq Ceymi Vardinin həyat yoldaşı, həmçinin Kris Smollinq və Dele Allinin sevgilisinin Rusiyaya gedəcəyi dəqiqdi.
Qeyd edək ki, iyunun 14-dən iyulun 15-dək baş tutacaq dünya çempionatında İngiltərə millisi Belçika, Panama və Tunislə eyni qrupda mübarizə aparacaq.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu