[b]İngiltərə futbolu yeni sistemə keçir[/b]
31.07.2017 - 22:25
[b]İngiltərə futbolu yeni sistemə keçir[/b]

2017/18 mövsümündə İngiltərə futbolundan yeni sistemdən istifadə olunacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.

 

Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s.

 

Bu üsulu tennisdəki tay-brekə də bənzətmək olar.

 

Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür.