[b]İngiltərədə ilk bəxtsiz “Bernli” oldu[/b]
09.05.2015 - 20:56
[b]İngiltərədə ilk bəxtsiz “Bernli” oldu[/b]

İngiltərə Premyer liqasını tərk edəcək ilk komanda məlum olub. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin son pilləsində qərarlaşmış “Bernli”nin sona iki tur qalmış “çempionşip”ə düşəcəyi dəqiqləşib.

 

Bu həftə öz meydanında “Hall Siti” ilə qarşılaşan və 1:0 hesabı ilə qazanıb xalını 29-a yüksəldən komanda buna rəğmən Premyer liqada qala bilməyəcək.

 

Xatırladaq ki, səfərdə “Bernli”yə məğlub olan “Hall Siti”inin də vəziyyəti ürəkaçan deyil. 34 xalla 18-ci sırada qərarlaşan klub liqada qalma şanslarını son iki tura saxlayıb.