[b]İnyestanın yeni klubu müəyyənləşdi[/b]
12.04.2018 - 15:53
[b]İnyestanın yeni klubu müəyyənləşdi[/b]

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta karyerasını Çin çempionatında davam etdirməyə yaxındı. Apasport.az saytının “Catalunya Radio”ya istinadən məlumatına görə, 33 yaşlı futbolçu “Tyançzin Çyuançzyan” klubu ilə 3 illik müqaviləyə imza atıb. Müddətin sonunda saziş daha 1 il uzadıla bilər.

 

İnyestanın Asiyada üç il ərzindəki qazancının vergiləri çıxmaqla, 37 milyon avro olacağı bildirilir.

 

İspan futbolçu “Barselona”nın “Roma”ya 0:3 hesabı ilə uduzaraq, Çempionlar Liqası ilə vidalaşdığı matçın ardından, həmin oyunun onun üçün ÇL-də sonuncu ola biləcəyini demişdi.

 

Qeyd edək ki, Aksel Vitçel, Aleşandre Pato və Antoni Modest kimi futbolçular hazırda “Tyançzin Çyuançzyan” klubunun şərəfini qoruyurlar.