DÇ-2018-ə ev sahibliyi edəcək Rusiya millisinin daha iki yoldaşlıq oyunundakı rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Şimal qonşularımız Asiya təmsilçiləri ilə üz-üzə gələcək.
Belə ki, Stanislav Çerçesovun komandası oktyabrın 7-də Cənubi Koreya, 10-da isə İran millisi ilə qarşılaşacaq.
Cənubi Koreya ilə oyun paytaxt Moskvada, “VEB Arena”da, İranla görüş isə Kazanda “Kazan Arena”da baş tutacaq.
Hər iki qarşılaşmanın başlama saatı haqqında daha sonra məlumat veriləcək.
Qeyd edək ki, ev sahibi Rusiya ilə yanaşı İran və Cənubi Koreya yığmaları da mundialda iştirak etmək hüququ qazanıblar.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib