[b]İranlı legioner Azərbaycanda tarixə düşdü[/b]
10.04.2018 - 20:31
[b]İranlı legioner Azərbaycanda tarixə düşdü[/b]

Futzal üzrə Yüksək Liqada bu gün keçirilən XXIII tur maraqlı məqamla yadda qalıb. Apasport.az saytının məlumatına görə, turun ilk oyununda 500-cü qol vurulub.

 

“Xəmsə” - “Marafon Futsal” duelinin 18-ci dəqiqəsində ikincilərin iranlı legioneri Omid Talebi het-trik edib.

 

Onun üçüncü qolu həm də Yüksək Liqanın cari mövsümündə vurulmuş yubiley – 500-cü qol olub.