[b]İspan futbolçu tətil vaxtı sıradan çıxdı[/b]
01.08.2017 - 14:05
İspaniya yığmasının futbolçusu Fernando Lyorente xoşagəlməz halla üzləşib. Apasport.az saytı xəbər verir ki, “Suonsi”nin hücumçusu tətil vaxtı zədələnib.
Velosipeddən yıxılan 32 yaşlı forvardın sol əli qırılıb. Lyorente bu səbəbdən İngiltərə çempionatının yeni mövsümünün startında komandasına kömək edə bilməyəcək. Məlumatı “Suonsi”nin rəsmi saytı yayıb.
Lyorentenin Premyer Liqanın ilk 2 turunda meydana çıxmayacağı gözlənilir.
Qeyd edək ki, karyerası ərzində “Atletik”, “Yuventus” və “Sevilya” klublarında da oynamış Fernando Lyorente ötən ildən “Suonsi”nin formasını geyinir.
0
0