[b]İspaniya mətbuatından müdhiş iddia: Arda Çinə getmək istəyir[/b]
07.04.2016 - 21:30
[b]İspaniya mətbuatından müdhiş iddia: Arda Çinə getmək istəyir[/b]

“Arda Turan Çindən gələn çoxmilyonlu təklifi qəbul etmək istəyir”. Apasport.az saytının məlumatına görə, bu iddia ilə İspaniyanın “sport.es” portalı çıxış edib.

 

Mətbu orqanı iddia edir ki, “Barselona”ya gəlişinin səhv olduğunu düşünən türk futbolçu ona edilən ən yaxşı variantı dəyərləndirmək istəyir. Katalonların baş məşqçisi Luis Enrike onun komandada qalmasını istəsə də, son zamanlar xüsusilə də “Barselona”ya yaxın media onu ciddi tənqid atəşinə tutub.

 

Qeyd edək ki, Arda komandaya yay transfer pəncərəsi zamanı qoşulsa da, qeydiyyat məsələsində yaranmış problemlərə görə ancaq yanvar ayında debüt edə bilmişdi.

0