İngiltərə yığmasının ardınca İspaniya millisinin də yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Visende del Boskenin gedişindən sonra boş qalan posta Julen Lopeteqi gətirilib.
Lopeteqi karyerası ərzində “Rayo Valyekano”, “Kastilya” (“Real”ın B komandası), “Porto” klublarını, həmçinin İspaniyanın U-19, U-20 və U-21 yığmalarını çalışdırıb. 50 yaşlı mütəxəssis 2011 və 2012-ci illərdə U-19, 2013-cü ildə isə U-21-lə Avropa çempionu adını qazanıb.
Lopeteqi Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkiyə tanış simadı. Belə ki, onlar 1995-1996 mövsümündə birlikdə "Barselona"da çıxış ediblər.
Qeyd edək ki, 2008-ci ildən pireneyliləri çalışdıran Visente del Boske AÇ-2016-dan sonra vəzifəsindən ayrılmışdı.