[b]İspaniya millisinin oyununda azərbaycanlı hakimlər[/b]
14.09.2016 - 15:39
[b]İspaniya millisinin oyununda azərbaycanlı hakimlər[/b]

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək VIII qrupunun ilk təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin çıxış edəcəyi qrupun ilk oyun gününün hakimləri, hakim-inspektorları və UEFA nümayəndəsi bəlli olub.

 

Millimizin Ukrayna ilə görüşünü

İtaliya ilə Rumıniyadan olan hakimlər idarə edəcək. İki azərbaycanlı hakim - Gülyana Güvəndiyeva ilə Yuliya Larionova İspaniya – Latviya matçına təyinat alıblar.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları Bakı Olimpiya Stadionunun əsas və ehtiyat meydançalarında keçiriləcək.

 

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup

 

I tur, 15 sentyabr

15:00. İspaniya – Latviya

Hakimlər: Kriso Georgiou, Niki Karagiorgi (hər ikisi Kipr), Gülyana Güvəndiyeva, Yuliya Larionova (hər ikisi Azərbaycan)

UEFA nümayəndəsi: Olesya Berdea (Moldova)

Hakim-inspektor:         Con Ferri  (Şimali İrlandiya)

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

 

19:00. Azərbaycan - Ukrayna

Hakimlər: Kristina Bujor, Aleksandra Teodora Apostu (hər ikisi Rumıniya) , Tiziana Trasçiatti, Qratsiella Pirriatore (hər ikisi İtaliya)

UEFA nümayəndəsi: Olesya Berdea (Moldova)

Hakim-inspektor: Albano Yanku (Albaniya)

Bakı Olimpiya Stadionu